Qurban Qurbanov AFFA-nın iclasına qatılmadı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasına qatılmayıb.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın Qol.az-a verdiyi məlumata görə, mütəxəssis katibliyə müraciət edərək, toplantıda iştirak edə bilməyəcəyini deyib. Ancaq AFFA rəsmisi Qurbanovun hansı səbəbdən iclasa qatılmadığı barədə məlumatsız olduğunu bildirib.

“Qarabağ” klubundan saytımıza verilən xəbərdə isə baş məşqçinin şəxsi işləri ilə əlaqədar iclasa getmədiyi deyilib.