Millimiz Belarusa qalib gəldi

Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq görüşünü keçirib.

Futbolqol.az xəbər verir ki, komandamız yenə Belarusun müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Tural Vəlizadə penalti zərbəsindən vurub.

Qeyd edək ki, iki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə ev sahibləri 4:0 hesablı qələbə qazanmışdı.