"Qarabağ"ın futbolçusu "Zirə"yə icarəyə verildi

“Zirə” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Futbolqol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Nicat Süleymanov 2019/2020 mövsümünün sonunadək “Qarabağ”dan icarəyə götürülüb.

Qeyd edək ki, Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.