"Zirə" paraqvaylı hücumçu ilə müqaviləni yenilədi

Zirə” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Klubdan verilən məlumata görə, Xulio Sezar Rodriqeslə zöləşmənin müddətini 1 illik uzadıb.

29 yaşlı paraqvaylı hücumçu bu ilin yanvarından “Zirə”də çıxış edir.

Qeyd edək ki, “Zirə” yay fasiləsində Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca ilə 2, Tellur Mütəllimovla isə sözləşmənin müddətini 1 illik uzadıb.