"Keşlə" futbolçusu ilə müqaviləyə xitam verdi

"Keşlə" klubu futbolçusu Samir Məsimovla yollarını ayırıb.

Paytaxt təmsilçisinin Mətbuat xidmətindən verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Samir Məsimov 2018-ci ilin avqustunda "Keşlə"yə keçib və onunla iki illik sözləşmə imzalanıb.