"Zirə"nin futbolçusu "Keşlə"yə keçdi

Heyətində köklü islahatlar aparan "Zirə" daha bir futbolçu ilə yollarını ayırıb.

Futbolqol.az-ın məlumatına görə, müdafiəçi İlkin Qırtımov da paytaxt klubunu tərk edib.Qəsəbə təmsilçisi ilə müqavilə müddəti başa çatan Qırtımov yay fasiləsində "Zirə"dən ayrılan 13-cü oyunçu olub. Onun yeni klubu da artıq məlumdu. 29 yaşlı cinah müdafiəçisi yeni mövsümdən "Keşlə"nin formasını geyinəcək. Artıq "Keşlə"nin düşərgəsinə qoşulan Qırtımovun gün ərzində münasibətləri rəsmiləşdirməsi gözlənilir.O, "Keşlə"nin mövsümlərarası fasilədə 6-cı transferi olacaq. Komanda buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, İqor Yovanoviç və Ziya Əzizovu heyətinə qatıb.