Ramil Şeydayevin taleyinə aydınlıq gəldi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin taleyinə aydınlıq gəlib.

Futbolqol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, forvard növbəti mövsümü də "Krılya Sovetov"da keçirəcək. Çünki Ramil Samara təmsilçisi ilə yeni müqavilədə razılaşıb. Yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. Lakin sözləşmənin müddəti barədə məlumat verilməyib.

Hücumçumuz Avstriyada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə bu gün qoşulacaq. Yeni müqavilənin də bundan sonra imzalanması gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm keçirdiyi 18 oyunda 4 qola imza atıb.