"Sumqayıt" yeni mövsümün hazırlığına başlayır

"Sumqayıt" futbol klubu 2019/2020 futbol mövsümü üçün hazırlığa start verir.

Futbolqol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komanda iyunun 26-da "Kapital Bank Arena"da saat 18:00-da yeni mövsümdə ilk məşqinə çıxacaq.

Plana əsasən, hazırlığın birinci mərhələsində "Sumqayıt" iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək.