“Sumqayıt”da 5 yeni oyunçu

“Sumqayıt” 2019/2020 mövsümü üçün hazırlığa start verib. Komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın köməkçi meydançasında mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.

Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, “Sumqayıt” hazırlığın I mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı barədə klubun rəsmi saytında məlumat veriləcək.