AFFA “Qarabağ”ın daha bir futbolçusunu milliləşdirmək istəyir

AFFA “Qarabağ”ın daha bir futbolçusunu milliləşdirmək istəyir.

Söhbət Miçel Madeyradan gedir. Bildirilir ki, 34 yaşlı ispaniyalı yarımmüdafiəçi milli assosiasiyadan təklif alıb.

Gələn il Miçelin Azərbaycanda yaşamasının 5 ili tamam olacaq. FİFA qaydalarına əsasən, bu halda futbolçunun həmin ölkənin yığmasında çıxışına icazə verilir. Legioner oyunçu bir müddət əvvəl “Qarabağ”la müqaviləsinin müddətini 2 il uzadıb.

Qeyd edək ki, AFFA 2 il öncə “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydanı milliləşdirib.