"Keşlə" daha iki futbolçu ilə müqavilə bağlayacaq

“Keşlə” daha iki futbolçu ilə müqavilə bağlayacaq.

Bu barədə klubun meneceri Eldəniz Yusifov məlumat verib.

O bildirib ki, artıq bir müddətdir “Keşlə”nin düşərgəsində yer alan İlkin Qırtımov və AZAL-ın sabiq qapıçısı Stanislav Namaşko ilə münasibətləri rəsmiləşdirəcəklər.

Hər iki futbolçu ilə 1+1 illik sözləşməyə qol çəkəcək. Namaşko 2014-2016-cı illərdə AZAL-ın formasını geyinib. Moldova yığmasının sabiq qolkiperinin son iş yeri Monteneqronun “Zeta” klubu olub.

Baxışda olan 5 iranlı futbolçu isə bəyənilməyərək yola salınıb.

Qeyd edək ki, “Keşlə” yay fasiləsində Rəşad Əzizli (“Sumqayıt”), Ruslan Qurbanov (“Səbail”), Franko Flores (“Alki”, Kipr) və Ziya Əzizovu (“Neymegen”, Hollandiya) heyətinə qatıb. (report)