“Sperantsa” – “Neftçi” matçının təyinatları açıqlandı

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Sperantsa” – “Neftçi” matçının təyinatları açıqlanıb.

Oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.