“Qarabağ”da “zədə epidemiyası” – o da sıradan çıxdı

İyulun 10-da Albaniyada “Partizani” ilə Çempionlar Liqasının təsnifat mərhələsinin ilk görüşünə çıxacaq “Qarabağ”da daha bir futbolçu zədələnib.

Yarımmüdafiəçi Qara Qarayev dünən Çexiya “Viktoriya”sı ilə görüşdə zədə alıb. Amma onun zədəsinin ciddi olmadığıı bildirilir.

Qeyd edək ki, daha əvvəl komandanın iki mərkəz müdafiəçisi – Rəşad Sadıqovla Bədavi Hüseynov da zədə almışdı. Hər üç oyunçunun “Partizani” ilə görüşdə iştirakı hələlik qeyri-müəyyəndir. (qol.az)