Qarabağ-ın potensial rəqibləri bilindi: Ajax, Celtic, PAOK...

Qarabağ-ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Futbolqol.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada Slavia (Çexiya), Young Boys (İsveçrə) və Maribor (Sloveniya) – Rosenborg (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.

Qarabağ Çempionlar yolunda səpələnmişlər səbətinə qərarlaşan 8 komandadan biri ilə qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv CFR (Kluj, Rumıniya) – Celtic (Şotlandiya), PAOK (Yunanıstan) - Ajax (Hollandiya), Dinamo (Zaqreb, Xorvatiya) – Ferensvaros (Macarstan) və Crvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka) cütlərinin qalibi ilə düşə bilər.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq. Qarabağ daha öncə ÇL-da Celtic və Kopenhagen-lə qarşılaşıb. Ağdam təmsilçisi 2015/2016 mövsümdə Şotlandiya təmsilçisini keçə bilməyib (0:0, 0:1). Əvəzində 2017/2018 mövsümündə danimarkalıları mübarizədən kənarlaşdıraraq (1:0, 1:2) tarixində ilk dəfə ÇL-in qrupuna düşüb.