Qarabağ Tofiq Bəhrəmov adına Stadiona qayıdacaq

Qarabağ-ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat məhələsində Kiprin APOEL klubu ilə keçirəcəyi cavab matçının başlama saatı və yeri məlum olub.

Futbolqol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun avqustun 13-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda olacaq qarşılaşma, saat 20:30-da start götürəcək.

Qarabağ APOEL-lə ilk oyununu səfərdə keçirəcək. Nikosiyada, “QCP” stadionunda keçiriləcək görüş avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.