Qəbələ mübarizəsini dayandırdı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Futbolqol.az xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb.

Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə rəqibin 3 cavabsız qoluna üzülüb.

Beləliklə, Azərbaycan kubokunun qalibi Avroliqa ilə erkən vidalaşıb.

Qeyd edək ki, "Dinamo" 3-cü mərhələdə Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.

Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

1 avqust

21:00. "Dinamo" (Tbilisi, Gürcüstna) – "Qəbələ" - 3:0
Qol:

L.Şengeliya, 68, 88, K.Karikari, 90+3

Hakimlər

: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).

Tbilisi. Boris Payçadze adına stadion.

İlk oyun – 2:0.