APOEL Qarabağ-la oyunlar üçün 17 legioner sifariş etdi

Kiprin APOEL komandası Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirəcəyi oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Futbolqol.az xəbər verir ki, baş məşqçi Paolo Trametsani heyətə 25 futbolçu – 3 qapıçı, 8 müdafiəçi, eyni sayda yarımmüdafiəçi və 6 hücumçu daxil edib. Onlardan 17-i legionerdir.

Qapıçılar: 12. Dimitris Priniotaki, 27. Vid Belets (Sloveniya), 99. Boy Vaterman (Hollandiya)

Müdafiəçilər: Kevin Lyafrans (Fransa), 23. Joaozinyo (Portuqaliya), 29. Praksitelis Vuros (Yunanıstan), 30. Giorqos Merkis, 34. Lukas Kalogiru, 44. Nkolas Yannu, 90. Vuyadin Saviç (Serbiya), 91. Draqan Mixayloviç (İsveçrə)

Yarımmüdafiəçilər: 6. Savvas Gentoqlu (Yunanıstan), 8. Lukas Souza (Portuqaliya), 10. Tomas De Vinsenti (İtaliya), 14. Uroş Matiç (Makedoniya), 33. Antres Makris, 35. Paris Polikarpu, 46. Statis Aloneftis, 95. Alef dos Santos Saldanya (Braziliya)

Hücumçular: Linus Hallenius (İsveç), 11. Musa Süleyman (İordaniya), 29. Andriya Pavloviç (Serbiya), Minas Antoniu, 70. Antonio Yakoliş (Xorvatiya), 89. Roman Bezyak (Sloveniya)

Baş məşqçi: Paolo Trametsani

Qeyd edək ki, APOEL və "Qarabağ" arasında Bakı vaxtı ilə saat 21:00-da start götürəcək ilk oyun avqustun 6-da Nikosiyadakı GPS stadionunda keçiriləcək. Saat 20:30-a təyin edilən cavab matçı isə ayın 13-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Zədəli Vuyadin Saviçlə Musa Süleymanın Ağdam təmsilçisi ilə görüşlərdə meydana çıxacaqları sual altındadır.