"Topaz" futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina etdi

"Topaz" növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq.

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, "Topaz" rəhbərlik etdiyi qurumla əməkdaşlığı dayandırıb: "Ayın 16-a kimi sponsorluqla bağlı yeni qərar qəbul olunacaq. "Topaz" sponsorluq etsəydi, həmin pulla klubları sevindirərdik".

Qeyd edək ki, Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi. (report)