"Qarabağ" Kiprdə APOEL-in qonağı olacaq

Bu gün 2019/2020 avrokubok mövsümündə III təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Futbolqol.az xəbər verir ki, Azərbaycan çempionu Qarabağ ÇL-in III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-in qonağı olacaq.

Bu gün həmçinin Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri də üz-üzə gələcək. Yunanıstanın PAOK kollektivi Hollandiya çempionu Ajax-ı qəbul edəcək. Təmsilçimiz mərhələ adlayacağı təqdirdə bu komandalardan biri ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

21:00. APOEL (Kipr) - Qarabağ (Azərbaycan)