UEFA "Qarabağ"a qarşı intizam işi açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"a qarşı intizam işi açıb.

Futbolqol.az xəbər verir ki, buna səbəb iyulun 31-də Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk"la (İrlandiya) "Dalğa Arena"da keçirdiyi cavab matçının ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir. Məsələyə avqustun 22-də baxılacaq.

Xatırladaq ki, İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.