"Keşlə"də yeni hücumçu - rəsmi

"Keşlə" növbəti transferini reallaşdırıb.

Futbolqol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Lorenzo Frutosu heyətinə qatıb. Paraqvaylı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores , Ziya Əzizov, Stanislav Namaşko, İlkin Qırtımov, Emin Mehdiyev, Miyuşko Bojoviç, Sezar Meza Kollini (icarə) transfer edib.