"Sumqayıt" daha bir futbolçu ilə vidalaşdı

"Sumqayıt" müdafiəçi Adil Nağıyevlə yolları ayırıb.

Bu haqda klubun saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub 23 yaşlı futbolçu göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Sumqayıt” daha əvvəl Elvin Məmmədov, Cavid Tağıyev, Rəşad Əzizli, Nicat Qurbanov və Əli Babayevlə də yolları ayırıb.