"Sumqayıt"dan ayrılan futbolçu "Səbail"ə keçdi

"Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib.

Paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Adil Nağıyevlə əməkdaşlıq müqaviləsi imzalayıb. 24 yaşlı müdafiəçi sözləşməyə əsasən bir il "Səbail"də çıxış edəcək.

Xatırladaq ki, "Sumqayıt" A.Nağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitab verib.