Marko Deviç "Sabah"dan getdi!

Ukraynalı hücumçu Marko Deviç “Sabah”dan ayrılıb.

Bu barədə forvard instaqram hesabından məlumat yayıb.

Deviç “Sabah” forması ilə fotosunu paylaşaraq, “Hər şeyə görə təşəkkürlər, “Sabah” deyə, yazıb.

Karyerası ərzində “Şaxtyor” (Donetsk, Ukrayna), “Rubin” (Rusiya), “Rostov” (Rusiya) kimi klublarda forma geyinən Marko Deviç “Sabah”a ötən ilin yayında İsveçrənin “Vaduts” komandasından keçmişdi.

Forvard ötən mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxdığı 21 oyunda 8 qol vurub.