"Zirə" Samir Abasova əvəzləyici tapdı

"Səbai"də işləri yaxşı getməyən, rəhbərlik tərəfindən küncə sıxışdırılan Aftandil Hacıyev gözlənilməz təklif alıb.

"Dənizçilər"i ilk dəfə avrokuboklara aparan çalışdırıcıya dəvət "Zirə"dən gəlib.

Qəsəbə təmsilçisinin nümayəndələri onunla görüşərək, "Səbail"dən ayrılacağı təqdirdə, komandanın başına keçməsini istəyiblər. Hacıyev isə hələlik iş yerini dəyişməyə tələsmədiyini, vəziyyətə uyğun olaraq qarşıdakı həftələrdə qərar verəcəyini bildirib.

Burdan belə anlaşılır ki, Samir Abasovun "Zirə"dəki fəaliyyəti uzun sürməyəcək, Premyer Liqanın yeni mövsümünün ilk həftələrində onun durumuna aydınlıq gətirəcək. Çətin ki, klub başbilənləri bu dəfə də zamanı ona güzəştə getsin, uzun möhlət versin. sportinfo.az