Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib.

3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

“Qarabağ” avrokuboklarda iştirak etdiyindən, mövcud əsasnaməyə uyğun olaraq "Qəbələ" ilə ev oyunu bir gün sonraya keçirilib.

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə”

“Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ”

“Azersun Arena”

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu.