"Qarabağ" - "Qəbələ" matçının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları üçün hakim təyinatları müəyyənləşib.

Turun mərkəzi oyunu hesab olunan “Qarabağ” – “Qəbələ” görüşü İnqilab Məmmədova tapşırılıb.

“Zirə” – “Neftçi” matçını isə Rəhim Həsənov idarə edəcək.

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Kapital Bank Arena”

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Azersun Arena”

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.