Millimiz Xorvatiya ilə matçda ilk xalını qazandı

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.Yığmamız "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Oyun qonaqların üstünlüyü ilə başlayıb. Luka Modriç 11-ci dəqiqədə əllə oyuna görə millimizin qapısına təyin edilən penaltini qola çevirib. Komandamız 71-ci dəqiqədə Təmkin Xəlilovun qolu ilə hesaba tarazlıq gətirib. Oyun 1-1 hesablı bərabərliklə yekunlaşıb. Bu millimizin seçmə mərhələdə ilk xalı olub. Xatırladaq ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.

Avropa Çempionatı, seçmə mərhələ

E qrupu

Azərbaycan - Xorvatiya - 1:1

Qol: Modriç, 11-pen - Təmkin Xəlilzadə 71

Baş hakim: Sandro Şerer

"Bakcell Arena"