Sumqayıtda uzun müddət sonra beynəlxalq futbol matçı keçiriləcək

Azərbaycan və İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Avropa çempionatının seçmə oyunu Sumqayıtda keçiriləcək.

Futbolqol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma oktyabrın 15-də “Kapital Bank Arena”da təşkil olunacaq. Beləliklə, Sumqayıt şəhəri uzun müddət sonra beynəlxalq oyuna ev sahibliyi edəcək.

Qeyd edək ki, Azərbaycan və İsveçrə 2-ci qrupda yer alıb.