Millimizə 24 futbolçu çağırıldı

Sentyabrın 12-dən 22-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçiriləcək.

Futbolqol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamıza aşağıda adları qeyd olunan futbolçular dəvət edilib:

U-17-nin heyəti: Elgün Bayramov, Nicat Quliyev (hər ikisi "Səbail"), İbrahim Ramazanov, Namiq Şəmilov, Ülvi Mədətov, Gülağa Əsədov, Rauf Rüstəmli, Mehrac Bəxşəliyev (hamısı "Qəbələ"), Cəlal Hüseynov, Nurəli Nurəliyev (hər ikisi "Zirə"), Raqib Abışov, Vüsal Qəmbərov (hər ikisi "Sabah"), Kamal Kazımov, Xəyal İbrahimov (hər ikisi "Keşlə"), Mirəli Əhmədov, Ayxan Süleymanlı, Nihad Cəfərov (hamısı "Neftçi"), Musa Musazadə, Nəriman Axundzadə, Zöhrab Əsədov, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Rasim Həsənov ("Yunost", Ukrayna)