"Tobol" Emilin uğurlu debütündən yazdı

"Tobol" qapıçısı Emil Balayevin Azərbaycan millisindəki ilk oyunundan yazıb.

Klubun rəsmi saytında Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə matçda (1:1) debüt edən 25 yaşlı qolkiper barədə bunlar qeyd olunub:

"Bakıda Emil Balayevin komandası Xorvatiya ilə görüşdən 1:1 hesabı ilə ayrıldı. "Tobol"un qapıçısı Azərbaycan millisində debüt elədi. "Sarı-yaşıllar"ın qapıçısı bu matçda dəfələrlə komandasını qoldan xilas edərək çox inamlı oynadı. Xorvatiya ona ancaq penaltidən qol vurdu. Emil 90 dəqiqə oynadı".