U-19 ilk matçına çıxır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə start götürür. Futbolqol.az-ın məlumatına görə, komandamız bu gün ilk oyununu keçirəcək.

Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda baş tutacaq qarşılaşmada millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi
VII qrup
9 oktyabr

17:00. Azərbaycan - Norveç
Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya)
Frydek-Mistek, "Stovki" stadionu