Anortosis-dən Araz Abdullayev açıqlaması

Goal.az xəbər verir ki, Famaqusta təmsilçisi millimizin yarımmüdafiəçisi Araz Abdullayevlə yollarını ayırdığını bəyan edib. Araz müqavilə ilə məxsus olduğu Qəbələ-yə qayıdıb.

Futbolçumuzla birlikdə, onun kimi Anorthosis-də icarədə olan hücumçu Nikolas Matteunun da ayrılığı açıqlanıb. O, PAOK-a qayıdıb.

Xatırladaq ki, müqavilə ilə Qəbələ-yə məxsus olan 26 yaşlı futbolçu mövsümün əvvəlində Anorthosis-ə icarəyə verilmişdi. Araz cari mövsümdə şans qazandığı 34 oyunda 3 qola imza atıb.