Azərbaycan Premyer Liqası sonuncu tur: Neftçi Avroliqada, Sumqayıt 5-ci oldu

Goal.az xəbər verir ki, Sumqayıt Zirə-ni, Kəpəz Neftçi-ni, Səbail isə Keşlə-ni qəbul edib. Oyunlarda aşağıdakı hesablar qeydə alınıb:

Azərbaycan Premyer Liqası

XXVIII (sonuncu) tur

20 may (bazar)

“Səbail” – “Keşlə” - 0:1

Qol: Rəfael Məhərrəmli, 63

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

“Bayıl Arena”

“Kəpəz” – “Neftçi” - 1:2

Qırmızı vərəqə: Kiril Petrov, 87 ("Neftçi")

Qollar: Şəhriyar Rəhimov, 68 - Ruslan Abışov, 63, Lukas Qomez, 79

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

“Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Cavid İmamverdiyev, 13 - Dedov, 69, Tounkara, 90+3

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

Sumqayıt şəhər stadionu

Bu nəticələrdən sonra Neftçi Topaz Premyer Liqasında bürünc medalı təmin edib. "Ağ qaralar" növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək. Zirə 4-cü olmaqla Avroliqa ümidlərini saxlayıb. "Qartallar" mayın 28-i Azərbaycan kubokunun finalında Keşlə uduzmasını gözləyəcək. Sumqayıt isə son turlarda ardıcıl xal itkiləri sayəsində mövsümü 5-ci sırada başa vurub.