Millimiz Qazaxıstan səfərində

Futbolqol.az xəbər verir ki, bu dəfə rəqib Qazaxıstan yığması olacaq.

Azərbaycan millisi Qurban Qurbanovun baş məşqçi təyin olunmasından sonra ilk dəfə rəqib meydanında çıxış edəcək. Qazaxıstan millisi isə Stoilovun rəhbərliyi altında ilk ev oyununu keçirəcək.

İndiyədək komandalar əsas yığmalar səviyyəsində 9 oyun keçirib. Bunlardan 2-də Azərbaycan, 3-də Qazaxıstan qalib gəlibsə, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Qurban Qurbanov futbolçu kimi millidə ilk 2 qolunu məhz bu rəqibin qapısından keçirib.

"Astana Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.