Turun oyunçusu Rəhman oldu

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 8-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Bu, 318 göstərici ilə “Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevdir.

Rəhman “Zirə”yə qarşı görüşdə (3:0) 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.