AFFA 4 futbolçunu cəzalandırdı, 5 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolqol.az xəbər verir ki, komitə üzvləri I divizionun VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qərarları təqdim edirik:

* "Ağsu” – "Sumqayıt” matçının 90+6-cı dəqiqəsində "Sumqayıt” klubunun futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

* "Sabah” – "Keşlə” matçında "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

* "Zaqatala” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

- Oyunun 71-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

- Oyunun 90-cı dəqiqəsində "Zaqatala” klubunun futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

* "Zirə” – "Neftçi” matçının 90+4-cü dəqiqəsində "Zirə” klubunun futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.