Qarabağ-ın yeni transferi - island qapıçı

Futbolqol.az xəbər verir ki, Ağdam təmsilçisi İslandiya millisinin üzvü Hanes Tour Haldoursonu transfer etmək üzrədir.Artıq 34 yaşlı qolkiperlə razılıq əldə olunub. Yaxın 1-2 ərzində transferin rəsmən açıqlanacağı gözlənilir.

Haldourson DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi. Qarabağ qapıçılarından İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb.