Premyer Liqa: Yeddi klubun futbolçusu həftənin komandasına seçilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası bəlli olub.

“InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 4, "Neftçi"dən 2, "Sumqayıt", "Zirə", "Keşlə", "Qəbələ" və "Sabah"dan isə bir oyunçu düşüb. Heyətə yalnız "Səbail"dən oyunçu daxil edilməyib.

Həftənin futbolçusu isə "Neftçi"dən Baqali Dabo seçilib.

Qapıçı: Mehdi Cənnətov – 255 (“Sumqayıt”) - 3

Müdafiəçilər: Ailton Silva - 282 (“Qarabağ”) - 3, Adrian Skarlatake – 279 (“Zirə”), Bədavi Hüseynov - 268 (“Qarabağ”) - 2, Abbas Hüseynov - 251 (“Qarabağ”) - 7

Yarımmüdafiəçilər: Stiven Monroz – 307 (“Neftçi”) - 4, Qara Qarayev - 319 (“Qarabağ”) - 3, Sezar Meza Kolli - 300 (“Keşlə”) - 2, Davit Volkov – 265 (“Qəbələ”)

Hücumçular: Baqali Dabo - 320 (“Neftçi”) - 2, Amadu Diallo - 318 (“Sabah”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.