Qarabağ braziliyalı qapıçı transfer edib

Futbolqol.az xəbər verir ki, klub qapı xəttinə yeni isim cəlb edib. Hannes Halldorssondan sonra braziliyalı Vaqner da Silva da Ağdam klubu ilə anlaşıb.

32 yaşlı Vaqner Muscron-dan transfer edilib. Braziliyalı qolkiper ötən ilin yanvarından bu ilin yayına qədər icarə əsasında Boavista-nın formasını geyinib. Karyerasına Atletico Paranaense-də başlayan Vaqner da Silva ilk dəfə 2010-cu ildə Avropaya yollanıb. O, Portuqaliyada Estoril, Boavista və Belçikada Muscron klublarında çıxış edib.O, Qarabağ-a azad agent kimi keçib.

Qarabağ buna qədər Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir, Hannes Halldorsson və Simeon Slavçevi transfer etmişdi.

Dünya Çempionatının qalibi hansı ölkə olacaq?

FRANSA

URUQVAY

BRAZİLİYA

BELÇİKA

İNGİLTƏRƏ

İSVEÇ

RUSİYA

XORVATİYA