"Keşlə"yə qalib gələn "Neftçi" liderliyə yüksəldi

Futbolqol.az xəbər verir ki, həftənin ikinci matçında "Keşlə" "Neftçi"ni qəbul edib. "ASK Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 79-cu dəqiqədə Emin Mahmudov penaltidən fərqlənib.

Bu qələbədən sonra xalını 48-ə çatdıran "Neftçi" vahid lider olub. "Keşlə" isə 19 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, açılış qarşılaşmasında "Səbail" səfərdə "Zirə"ni məğlub edib - 2:1. Tura aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.