"Səbail" son dəqiqə qolu ilə qələbə qazandı

Futbolqol.az xəbər verir ki, açılış matçında "Zirə" "Səbail"i qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1

30-cu dəqiqədə "Səbail"in heyətində Ağabala Ramazanov qapıçı ilə təkbətək çıxsa da, şansdan yararlana bilməyib. Buna baxmayaraq, hücumçu 41-ci dəqiqədə fərqlənməklə komandasını hesabda önə keçirib. 69-cu dəqiqədə meydan sahiblərinin legioneri Xulio Sezar Rodriqesbərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Şəhriyar Rəhimov "Səbail"ə qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra "Səbail" 34 xalla üçüncü, "Zirə" isə 22 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Neftçi" komandaları qarşılaşacaq. Tura aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.