Azərbaycan millisinə yeni baş məşqçi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Futbolqol.az AFFA-nın saytına istinadən xəbər verir ki, komanda Vüqar Məmmədə həvalə olunub. Qərar AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, Vüqar Məmməd Avropa çempionatının elit raundunda iştirak edən Azərbaycanın U-19 yığmasının baş məşqçisi olub.