AFFA 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Futbolqol.az-ın məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXII turunda keçirilmiş görüşlərdə baş vermiş neqativ hallar müzakirə edilib.

“Zirə” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 800 manat cərimə olunub. Təcili tibbi yardım xidmətinin nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyindən, meydan sahibi də eyni məbləğdə cərimə ödəyəcək.

“Qəbələ” ilə səfər qarşılaşmasının 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan “Sabah”ın müdafiəçisi Kərim Diniyev növbəti turu buraxacaq. Bu, debütanta 200 manata başa gəlib.

“Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində isə yerli azarkeşlər tərəfindən meydana yad əşyalar atılıb. Buna görə, "Sumqayıt" 1600 manat cəriməyə məruz qalıb.