"Neftçi"nin baş məşqçi 5 oyunluq cəzalandı

AFFA İntizam Komitəsi “Neftçi”nin U-16 komandasının baş məşqçisi Mirbağır İsayevi 5 oyunluq cəzalandırıb.

Futbolqol.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis U-16 liqasının XXIII turunda “Gəncə TİM” komandası ilə qolsuz heç-heçə etdikləri görüşdə hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün sanksiya ilə üzləşib.

Qeyd edək ki, M.İsayev Azərbaycanın müxtəlif yaş qrupları üzrə baş məşqçisi olub.