"Qarabağ"ın yeddi futbolçusu rəmzi komandada

Azərbaycan Premyer Liqada 24-cü turun rəmzi komandası açıqlanıb.

Futbolqol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, "InStat" şirkətinin təhlilinə əsasən, ən yaxşı 11-likdə "Qarabağ"dan 7, "Zirə" və "Qəbələ"dən 2 futbolçu yer alıb.

Qapıçı: Vaqner da Silva (“Qarabağ”)-3

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-6, Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”)-2, İlkin Qırtımov (“Zirə”)-4

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-8, Riçard Almeyda (“Qarabağ”)-4, Markos Madera (“Qarabağ”)-5, Davit Volkov (“Qəbələ”)-2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-7, Ceyms Adeniyi (“Qəbələ”)-7

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.