Azərbaycan Premyer Liqasında bir oyunun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilməsi planlaşdırılan "Keşlə" - "Zirə" matçının saatı dəyişdirilib.

Buna "Keşlə"nin ev oyunlarını keçirdiyi "ASK Arena"dakı işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəb göstərilib. Paytaxt klubu bunun üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

“Zirə” klubunun da razılığını rəhbər tutan PFL “Keşlə” – “Zirə” matçının başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.

Qeyd edək ki, qarşılaşma mayın 5-də təşkil olunacaq.