Peyman Babayi “Sumqayıt” klubunun tarixinə düşdü

Peyman Babayi “Sumqayıt” klubunun tarixinə düşüb.

Futbolqol.az xəbər verir ki, o, 2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə het-trik edən ilk futbolçu adına yiyələnib. İranlı legioner buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub.

Qeyd edək ki, Babayi Azərbaycan kubokunda mövsümün ilk het-trikinə imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. “Qəbələ”də çıxış etdiyi vaxt “Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.