Bakı finalının ilk bileti Rövnəq Abdullayevə təqdim olundu

Futbolqol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.