“Beşiktaş”ın futbolçusuna həbs cəzası verildi

“Beşiktaş”ın futbolçusu Adrianoya 14 aylıq həbs cəzası verilib.

Futbolqol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Sevilya” və “Barselona” forması ilə 10 il İspaniyada çıxış edən 34 yaşlı müdafiəçi bu ölkədə vergidən yayınmaqda ittiham olunub. O, 650 min avro məbləğində vergi ödəməkdən yayınıb. Braziliyalı futbolçu həmçinin, 1 milyon avro cərimə edilib.

İspaniya qanunlarına görə, həbs müddəti 2 ildən az olan şəxslər bunun əvəzində müəyyən məbləğ ödəməklə azad ola bilər.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2016-cı ildən “Beşiktaş”da çıxış edir.